Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın qızı İvanka atasının Suriyadakı aviabazaya raket zərbələri endirməsi qərarına böyük təsir göstərib.
Bu barədə "Report" "The Independent" nəşrinə istinadən xəbər verir.
Nəşr mənbəyinə istinadən yazıb ki, İ.Tramp İdlibdə ximyəvi hücumun olduğu iddia edilən yerdən çəkilmiş fotoşəkilləri heyranlıqla qarşılayıb. Nəticədə onun mövqeyi Oval kabinetinə təsir göstərib, ardından ABŞ administrasiyasının mövqeyi gözləniləndən daha sərt olub.
Aprelin 7-də İ.Tramp "Twitter" səhifəsində Suriyaya raket zərbələri endirilməsinə göstəriş verən atasının qərarı ilə fəxr etdiyini yazıb.
Xatırladaq ki, İ.Tramp prezidentin xüsusi müşaviri vəzifəsini icra edir və Ağ Evdə ödənişsiz əsasda işləyir.