Yuxarı
    Bağlamaq

    KİV: İsrailin xüsusi xidmət orqanları ABŞ-da Suriyanın cənubunda atəşkəs məsələsini müzakirə edəcək

    Mossadın rəhbəri Yosi Koen və AMAN şefi Qertsl Halevi bu həftə Vaşinqtona səfərə gedəcəklər

    Bakı. 15 avqust. REPORT.AZ/ İsrailin Xarici Kəşfiyyat İdarəsinin ("Mossad") rəhbəri Yosi Koen və AMAN hərbi kəşfiyyat rəisi Qertsl Halevinin başçılıq etdiyi nümayəndə heyəti bu həftə Vaşinqtonda Suriyanın cənubunda atəşkəs elan olunması baradə razılığın şərtlərini müzakirə edəcəklər.

    "Report" İsrailin "Haaretz" qəzetinə istinadən xəbər verir ki, yəhudi nümayəndə heyəti Ağ evi atəşkəs barədə razılaşmanın Suriyada İranpərəst qüvvələrinin, "Hizbullah" və digər şiə qruplaşmalarının möhkəmlənməsinə imkan verməməklə əvəzlənməsinə inandırmağa çalışacaq.

    Məlumata görə, İsrail nümayəndə heyəti Vaşinqtona səfər zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yardımçısı Herbert Makmaster və ABŞ administrasiyasının beynəlxalq danışıqlardakı xüsusi nümayəndəsi Ceyson Qrinnblatt ilə görüş keçirmək niyyətindədir.

    İsrail baş nazirinin ofisindən bildirilib ki, qarşıdakı məsləhətləşmələr İsrail və ABŞ arasında təhlükəsizlik məsələləri üzrə aparılan danışıqlardan biri olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi