Yuxarı

KİV: İsrail təyyarələri Suriyada hərbi maşını vurub

Livan Hizbullahının 2 üzvü və 6 hərbçi ölüb

Bakı. 29 iyul. REPORT.AZ/ İsrail hərbi təyyarələri Suriyanın Kuneytra rayonunda Bəşşar Əsəd qüvvələrinə məxsus bir hərbi maşını vurub. Nəticədə Livan "Hizbullah"ının 2 üzvü və 6 hərbçi ölüb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Suriya müxalifəti məlumat yayıb. 

Xəbərdə bildirilir ki, Bəşşar Əsəd rejimi və "Hizbullah" qüvvələrinə aid bir mühafizə dəstəsi Kuneytranın şimalındakı Hadar bölgəsində İsrail təyyarələri tərəfindən hücuma məruz qalıb. 

Ancaq hələlik İsrail və Suriya tərəfindən məsələyə dair heç bir açıqlama verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi