KİV: İŞİD qruplaşmasının lideri tərəfdarlarına vida çıxışı ilə müraciət edib

KİV: İŞİD qruplaşmasının lideri tərəfdarlarına vida çıxışı ilə müraciət edib Əbu Bəkr əl-Bağdadi çıxışı zamanı İŞİD-in son döyüşlərdə məğlub olduğunu etiraf edib
Digər ölkələr
1 Mart , 2017 14:12
KİV: İŞİD qruplaşmasının lideri tərəfdarlarına vida çıxışı ilə müraciət edib

Bakı. 1 mart. REPORT.AZ/ İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi tərəfdarlarına ünvanladığı müraciətdə son döyüşlərdə məğlub olduğunu etiraf edib və tərəfdarlarını dağlıq ərazilərə sığınmağa çağırıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.

Naynava vilayətindəki mənbənin "Alsumaria" telekanalına verdiyi məlumata görə, Əl-Bağdadi çıxışını vida çıxışı adlandırıb, onu İŞİD vaizləri arasında yayıb və qruplaşmanın son vəziyyəti barədə məlumat verib.

Telekanal müraciətdə həmçinin silahlılara İraq və Suriyanın əlçətmaz dağlıq ərazilərinə çəkilməklə bağlı çağırış edildiyini də bildirib.

KİV-in məlumatına görə, Mosulun qərb hissəsində olan İŞİD liderləri şəhərdən qaçaraq canlarını qurtarmağa çalışırlar. 

Son xəbərlər

Orphus sistemi