KİV: İŞİD lideri sağdır və Suriyanın Deyr-əz-Zor əyalətində gizlənir

KİV: İŞİD lideri sağdır və Suriyanın Deyr-əz-Zor əyalətində gizlənir O, Əlbu-Kamal və Əl-Məyadin yaşayış məntəqələri arasında ola bilər
Digər ölkələr
26 İyul , 2017 03:41
KİV: İŞİD lideri sağdır və Suriyanın Deyr-əz-Zor əyalətində gizlənir

Bakı. 26 iyul. REPORT.AZ/ İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadi sağdır və Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində gizlənir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al-Quds Al-Arabi" qəzeti yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, Əl-Bağdadi İraq ilə sərhəddə yerləşən Deyr-əz-Zorun Əlbu-Kamal və Əl-Məyadin yaşayış məntəqələri arasında ola bilər. Suriya və İraqdakı şəhərlər üzərində nəzarəti itirən İŞİD-in səhra komandirləri və əksər rəhbərləri ora üz tutublar.

Qəzet yazır ki, bir nömrəli terrorçu əvvəlki kimi qruplaşmanın idarə olunmasında əsas rol oynayır.

Son xəbərlər

Orphus sistemi