​KİV: İŞİD lideri Əl-Bağdadinin öldüyü təsdiqlənib

​KİV: İŞİD lideri Əl-Bağdadinin öldüyü təsdiqlənib Dəstə başçıları yeni "xəlifə" Əbu Əla əl-Əfriyə sədaqət andı içiblər
Digər ölkələr
25 Aprel , 2015 02:23
​KİV: İŞİD lideri Əl-Bağdadinin öldüyü təsdiqlənib

Bakı. 25 aprel. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının dəstə başçıları cümə axşamı İraqın şimalında yerləşən Mosul şəhərində yaraqlıların lideri Əbu Bəkr əl-Bağdadinin ölüm xəbəri öz təsdiqini tapdıqdan sonra yeni "xəlifə" Əbu Əla əl-Əfriyə sədaqət andi içiblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın "Waradana" informasiya agentliyinə şəhərdəki mənbə məlumat verib.

"Qruplaşma komandirləri bir neçə gün əvvəl havadan zərbələr zamanı ağır yaralanan əl-Bağdadinin ölüm xəbərini təsdiq ediblər. O, yaralandıqdan sonra göndərildiyi Suriyanın Rəqqa şəhərində öz həkiminin əllərində ölüb", — deyə mənbə qeyd edib.

"Andiçmə" mərasimi Mosul yaxınlığında yerlşən Təlafar şəhərində baş tutub.

Sosial şəbəkələrdə və İraq KİV-lərində yazılanlara görə, İŞİD-in yeni lideri Əbu Əla əl-Əfri ləqəbi ilə tanınan Əbdürrəhman Mustafa əl-Şeyxlərdir.

Son xəbərlər

Orphus sistemi