KİV: İŞİD-in başçıları Suriyanın Rakka şəhərindən qaçır

KİV: İŞİD-in başçıları Suriyanın Rakka şəhərindən qaçır Təxminən iki həftə əvvəl İŞİD-in 300-ə yaxın daha aşağı vəzifəlisi şəhəri tərk edib
Digər ölkələr
29 Mart , 2017 12:46
KİV: İŞİD-in başçıları Suriyanın Rakka şəhərindən qaçır

Bakı. 29 mart. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının rəhbərləri Suriyanın Rakka şəhərindən qaçmağa başlayıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə təşkilatı məlumat yayıb.

İnformasiyaya əsasən, son sutkada İŞİD-in 80-ə yaxın fəalı ailə üzvləri ilə birlikdə qayıqla Fərat çayından keçiblər.

Xəbərdə bildirilib ki, bu terrorçuların Rakkadan qaçışının ikinci dalğasıdır. Təxminən iki həftə əvvəl İŞİD-in 300-ə yaxın daha aşağı vəzifəlisi şəhəri tərk edib. Onların Suriyanın Dirəz-Zur əyalətinin Hama bölgəsinə qaçdıqları ehtimal edilir.

Məlumata görə, İŞİD liderlərinin Mosuldakı ailə üzvləri də oradan qaçıblar. Bu qaçqın axınında İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin olduğu da ehtimal edilir.

Qeyd edək ki, bu terrorçu qruplaşma Suriyanın Rakka şəhəriNİ “paytaxt” elan etmişdilər. Bu şəhərin terrorçulardan təmizlənəcəyi ilə bağlı əməliyyatların başlayacağı haqda da xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi