Yuxarı

​KİV: "İŞİD İraqda 80 nəfəri edam edib"

Edam Qəzlani hərbi bazasında güllələnmə yolu ilə həyata keçirilib

Bakı. 10 yanvar. REPORT.AZ/ İŞİD ("İraq-Şam İslam Dövləti") terror qruplaşmasının üzvləri İraqın Mosul əyalətində 80 nəfəri edam ediblər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, anonim mənbənin məlumatına görə, edam Qəzlani hərbi bazasında güllələnməni icra edən batalyon tərəfindən həyata keçirilib.

Edam qurbanları polis və ordu vasitəsi ilə Bağdadda yerləşən mərkəzi hökumət ilə əməkdaşlıq və ona casusluqda ittiham olunublar. Digərləri isə radikal yaraqlıların ideologiyasına qarşı çıxan şəxslər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi