KİV: İŞİD döyüşçüləri Rakkanı girovlarla birlikdə tərk edəcək

KİV: İŞİD döyüşçüləri Rakkanı girovlarla birlikdə tərk edəcək Son sutka ərzində 100-dək İŞİD-çi təslim olub
Digər ölkələr
15 Oktyabr , 2017 00:53
KİV: İŞİD döyüşçüləri Rakkanı girovlarla birlikdə tərk edəcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ İŞİD döyüşçüləri girovlardan “canlı sipər” kimi istifadə edərək Suriyanın Rakka şəhərini tərk edəcək.

“Report”un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Hazırda terrorçular “Suriya demokratik qüvvələr” alyansı tərəfindən mühasirəyə alınıb. Alyansın nümayəndəsinin sözlərinə görə, terrorçular seçim qarşısındandır: təslim və ya məhv olmaq.
Lakin Mülki Şuranın nümayəndəsi Ömər Əlluş sözləyib ki, döyüşçülərə şəhəri oktyabr 15-də axşam saatlarında tərk etməyə icazə verilib. Onlar 400-dək mülki vətəndaşı “canlı sipər” kimi özləri ilə birlikdə aparmaq niyyətindədir. Şəhəri tərk edəcək terrorçuların sayı barədə məlumat verilmir.

Məlumata görə, son sutka ərzində 100-dək İŞİD-çi təslim olub.

Son xəbərlər

Orphus sistemi