KİV: İraqın baş naziri xüsusi təyinatlıları aksiyaçılara qarşı göndərməyi tapşırıb

KİV: İraqın baş naziri xüsusi təyinatlıları aksiyaçılara qarşı göndərməyi tapşırıb İraqın baş naziri Adel Abd əl-Mahdi ölkədəki hökumət əleyhinə aksiyaların fonunda terror əleyhinə xüsusi bölmələri Bağdadın küçələrinə çıxarmağı əmr edib.
Digər ölkələr
27 oktyabr 2019 01:47
KİV: İraqın baş naziri xüsusi təyinatlıları aksiyaçılara qarşı göndərməyi tapşırıb

İraqın baş naziri Adel Abd əl-Mahdi ölkədəki hökumət əleyhinə aksiyaların fonunda terror əleyhinə xüsusi bölmələri Bağdadın küçələrinə çıxarmağı əmr edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" təhlükəsizlik sahəsindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, İraqın baş naziri ölkənin terror əleyhinə xidmətinin komandanına Bağdadda etirazlara son qoymaq üçün "bütün zəruri tədbirlər"i görməyi tapşırıb.

İraqın hüquq müdafiəçiləri şənbə günü ölkədəki hökumət əleyhinə aksiyalarda 63 nəfərin həlak olduğunu, 2500-dən çox insanın xəsarət aldığını bildiriblər.

Nümayişçilər hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Ölkənin baş naziri aksiyaların yenilənməsindən əvvəl nazirlər kabinetinin işinin dayandırılacağını, seçkilər haqqında qanunun dəyişəcəyini vəd verib. Bununla yanaşı, baş nazir bildirib ki, onun hökumətinin istefası ölkəni xaosa sürükləyəcək. 

Son xəbərlər

Orphus sistemi