Bakı. 22 fevral. REPORT.AZ/ İŞİD terror qruplaşmasının rəhbərinin müavini Əbu Əbdül Rəhman ət-Tamimi əl-Atabi əl-Cazravi İraqda məhv edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, "Al Mayadeen" telekanalı İŞİD rəhbərinin müavininin hava zərbələri zamanı öldürüldüyünü bildirib.
Məhv edilmiş yaraqlının yeri dəqiq göstərilmir.