KİV: İraqda çöldonuzları İŞİD terrorçularını parçalayıb

KİV: İraqda çöldonuzları İŞİD terrorçularını parçalayıb İnsident Kərkük əyalətində baş verib
Digər ölkələr
25 Aprel , 2017 04:13
KİV: İraqda çöldonuzları İŞİD terrorçularını parçalayıb

Bakı. 25 aprel. REPORT.AZ/ İraqın Kərkük əyalətində vəhşi çöldonuzları İŞİD terror qruplaşmasının bazasına hücum edərək orada üç yaraqlını parçalayıblar.

"Report" xəbər verir ki, bu barədə "Iraqi News" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, insident Əl-Rəşad rayonu ərazisində qeydə alınıb.

Terrorçular vaxtaşırı onların kənd təsərrüfatı sahələrinə daxil olan heyvanları qovmağa çalışıblar. Nəticədə üç terrorçu ölüb.

Fakt öz rəsmi təsdiqini tapmayıb.

Son xəbərlər

Orphus sistemi