KİV: İraq qüvvələri İŞİD-in təhlükəsizlik "rəhbərini" öldürüb

KİV: İraq qüvvələri İŞİD-in təhlükəsizlik "rəhbərini" öldürüb Əbu Abdalla Mosul aeroportunun əsas girişində iki köməkçisi ilə birlikdə qətlə yetirilib
Digər ölkələr
21 Fevral , 2017 16:40
KİV: İraq qüvvələri İŞİD-in təhlükəsizlik rəhbərini öldürüb

Bakı. 21 fevral. REPORT.AZ/ İŞİD terror qruplaşmasının təhlükəsizlik "rəhbəri" çərşənbə axşamı Mosul hava limanında aviazərbələr nəticəsində öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, "As-Sumariya" telekanalının məlumatına görə, Əbu Abdalla adlı silahlı səhər saatlarında aeroportun əsas girişində iki köməkçisi ilə birlikdə qətlə yetirilib.

Terrorçulara havadan pilotsuz uçan aparat zərbə endirib.

Qeyd edək ki, beynəlxalq hava limanı hələ də terrorçular tərəfindən idarə olunan Mosulun qərb hissəsində yerləşir.

Son xəbərlər

Orphus sistemi