Yuxarı

KİV: İndoneziya təhlükəsizlik qüvvələri Cakartadakı partlayışlardan sonra dörd yaraqlını məhv edib

Yaraqlıların hazırda hadisə yerinin yaxınlığında yerləşən kinoteatrın binasında gizləndiyi güman edilir

Bakı. 14 yanvar. REPORT.AZ/ İndoneziya paytaxtı Cakartada polis bölmələri və xüsusi təyinatlı dəstə ən azı dörd nəfərin ölümü ilə nəticələnən partlayışlar törədən cinayətkarlara qarşı xüsusi əməliyyat həyata keçirir.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, artıq İndoneziya təhlükəsizlik qüvvələri Cakartanın mərkəzinə zirehli texnikalar yeridib.

"Əl-Cəzirə" telekanalı isə yerli polis nümayəndələrindən birini danışdıra bilib. Polisin sözlərinə görə, yaraqlıların hazırda hadisə yerinin yaxınlığında yerləşən kinoteatrın binasında gizləndiyi güman edilir. Polis artıq ərazini tam boşaldaraq nəzarətə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi