Bakı. 4 dekabr. REPORT.AZ/ Yəməndə husilər daha əvvəl öldürdükləri ölkənin sabiq prezidenti Əli Abdulla Salehin oğlu Xalidi yaralayıb və girov götürüblər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı "Twitter"də məlumat yayıb.
Kanalın məlumatına görə, husilər həmçinin Əli Abdulla Salehin partiyası olan "Ümumi Xalq Konqresi"nin (ÜXK) başçısının yardımçısı Yasir əl-Avadanı da öldürüblər.
Qeyd edək ki, bu gün ÜXK ölkənin sabiq prezidenti, partiyanın rəhbəri Əli Abdulla Salehin ölmü ilə bağlı daha əvvəl KİV-də yayılan məlumatları təsdiqləyib.