KİV: Hillari Klinton seçkilərdə məğlub olduqdan sonra Barak Obamadan üzr istəyib

KİV: Hillari Klinton seçkilərdə məğlub olduqdan sonra Barak Obamadan üzr istəyib Donald Trampın qalib gəldiyi məlum olan zaman Klinton Obamaya zəng edib
Digər ölkələr
18 Aprel , 2017 16:45
KİV: Hillari Klinton seçkilərdə məğlub olduqdan sonra Barak Obamadan üzr istəyib

Bakı. 18 aprel. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmuş Hillari Klinton seşkilərdə məğlub olduğuna görə Barak Obamadan üzr istəyib.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazır.

Nəşr reportyorlar Conatan Allen və Emi Parnsın səslərin hesablandığı gecənin ətraflı təsvir olunduğu yeni "Shattered" kitabının bir hissəsinə istinad edib.

Donald Trampın qalib gəldiyi məlum olan zaman H.Klinton əvvəlcə rəqibinə zəng edərək onu təbrik edib, sonra isə Barak Obama ilə əlaqə saxlayıb. "Cənab prezident, təəssüf edirəm", - o deyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ötən il noyabrın 8-də keçirilib. Seçkiləri Respublikaçılar Partiyasının namizədi Donald Tramp qazanıb.

Son xəbərlər

Orphus sistemi