KİV: Göyərtəsində Yunanıstanın baş nazirinin olduğu helikopter Türkiyənin hava sərhədini pozub

KİV: Göyərtəsində Yunanıstanın baş nazirinin olduğu helikopter Türkiyənin hava sərhədini pozub Bakı. 19 aprel. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Tsiprasın helikopteri Türkiyənin hava sərhədini pozub.
Digər ölkələr
19 Aprel , 2018 16:09
KİV: Göyərtəsində Yunanıstanın baş nazirinin olduğu helikopter Türkiyənin hava sərhədini pozub
Yunanıstanın baş naziri Aleksis Tsipras / Michele Tantussi/Getty Images

Bakı. 19 aprel. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Tsiprasın helikopteri Türkiyənin hava sərhədini pozub.  

“Report” “Ulusal” saytına istinadən xəbər verir ki, bunu Yunanıstanın “Proto Thema” qəzeti yazıb.

Bildirilib ki, Türkiyənin “F-16” qırıcılarının pilotları baş nazirin helikopterinə xəbərdarlıq edərək onu ölkə sərhədlərindən kənara qovublar.

A.Tsipras Yunanıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Evanjgelos Apostolakislə birlikdə Türkiyənin Antalya əyalətinin Kaş rayonu qarşısındakı ölkəsinin Meis adasını seyr edərkən Türkiyənin hava sərhədini pozub.

Türkiyəyə məxsus “F-16” qırıcısının pilotları onlara xəbərdarlıq edərək bildirib: “Türkiyənın hava məkanını pozursunuz, dərhal istiqamətinizi dəyişdirin”.

Yunanıstanın döyüş təyyarələri qısa müddətdə həmin əraziyə uçuş etsə də, baş nazirlə birlikdə Türkiyənin hava sərhədindən çəkiliblər.

Xəbərdə Yunanıstan Silahlı Qüvvələrinin çətin günlər yaşadığı bildirilib. Ölkənin təqaüddə olan generalları və turizm şirkətləri ordunun bir milyard avroluq ehtiyacını ödəmək üçün yardım kampaniyasına başlamağı təklif ediblər.

Son xəbərlər

Orphus sistemi