Yuxarı

​KİV: Göyərtəsində Estoniya prezidentinin olduğu təyyarə Berlində qəza enişi edib

Sərnişinlər və prezident İlvesin durumu normaldır

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Frankfurtdan Tallinə uçan "Lufthansa"ya məxsus təyyarə qəza enişi edib. Təyyarədə Estoniya prezidenti Toomas Hendrik İlves də olub.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Estoniya televiziyasına prezidentin müşaviri Toomas Sildam xəbər verib.

"Texniki səbəbdən təyyarə Berlində məcburi eniş edib. Sərnişinlər və prezident İlvesin durumu normaldır. Hazırda "Lufthansa"nın bizə edəcəyi təklifi gözləyirik. Yəqin ki, başqa bir təyyarə ayrılacaq", - T.Sildam deyib.

Tallin hava limanının saytında yerləşdirilən xəbərə görə, "Lufthansa LH 882" reysi bir saatdan artıqdır gecikir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi