KİV: "Əl-Qaidə" Suriyada öz xilafətini yaratmaq niyyətindədir

KİV: "Əl-Qaidə" Suriyada öz xilafətini yaratmaq niyyətindədir Ayman əl-Zəvahiri belə xilafətin yaradılması üçün öz səlahiyyətlərini qurban verməyə hazır olduğunu bildirib
Digər ölkələr
10 May , 2016 13:49
KİV: Əl-Qaidə Suriyada öz xilafətini yaratmaq niyyətindədir

Bakı. 10 may. REPORT.AZ/ "Əl-Qaidə" terror qruplaşması Suriya ərazisində öz xilafətini yaratmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "DieWelt" nəşri yazıb.

Qruplaşmanın lideri Ayman əl-Zəvahiri 10 dəqiqəlik videoda bütün radikalları birləşməyə çağıraraq, Suriyanı "dünya müsəlmanlarının ümidi" adlandırıb. O, belə xilafətin yaradılması üçün öz səlahiyyətlərini qurban verməyə hazır olduğunu da bildirib.

"Əgər onlar müsəlman hökuməti qurub İmam seçsə, onların seçimi bizim seçimimiz olacaq", - deyə əl-Zəvahiri söyləyib.

Nəşrin yazdığına görə, "Əl-Qaidə" lideri xüsusən özünün törəmə terror qruplaşması olan "Cəbhət ən-Nusra"nın yaraqlılarına səslənib. Hazırda onlar Suriyanın İdlib əyalətinin böyük hissəsinə nəzarət edir. "Die Welt"in məlumatına görə, bu torpaqlar da yeni xilafətin mərkəzi ola bilər.

Son xəbərlər

Orphus sistemi