​KİV: "Cənubi Sudanda 12 BMT nümayəndəsi əsir götürülüb"

​KİV: "Cənubi Sudanda 12 BMT nümayəndəsi əsir götürülüb" BMT sülhməramlılarına silahlı üsyançılar hücum edib
Digər ölkələr
29 Oktyabr , 2015 23:29
​KİV: Cənubi Sudanda 12 BMT nümayəndəsi əsir götürülüb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bazar ertəsi Cənubi Sudanın Malakal şəhərinin cənubunda BMT-nin sülhməramlı missiyasının 12 nümayəndəsi əsir götürülüb.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadən AFP informasiya agentliyi məlumat yayıb.

Onun məlumatına görə, BMT sülhməramlılarına onlar Nil çayı ilə yanacaq, silah və avadanlıq apararkən silahlı üsyançılar hücum ediblər. Əsirlərdən 20 nəfəri sonradan buraxılıb, 12 nəfər isə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi