Yuxarı

KİV: Burkina Fasonun paytaxtında ələ keçirilmiş hotelin qarşısındakı kafedə 10 cəsəd tapılıb

Son məlumatlara görə, təhlükəsizlik qüvvələri hücum zamanı azı 63 nəfəri azad edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Burkina Fasonun paytaxtı Uaqaduqunun mərkəzində yerləşən "Splendid" hotelində əsirlərin azad edilməsi ilə bağlı əməliyyat davam edir.

"Report" "Reuters"ə istinadən məlumat verir ki, mehmanxananın qarşısındakı kafenin terrasında 10 cəsəd tapılıb.

Son məlumatlara görə, təhlükəsizlik qüvvələri hücum zamanı azı 63 nəfəri azad edib. Əməliyyat hələ də davam edir. Bununla yanaşı, ölənlərin sayı barədə rəsmi məlumat hələ də verilməyib. Daha əvvəl şahidlərin sözləri əsasında bir xəstəxananın baş həkimi terror hücumu zamanı 20 nəfərin ölməsi barədə informasiya vermişdi.

Əldə edilən məlumata görə, Burkina Faso hüquq-mühafizə orqanlarının əməkdaşlarına əməliyyatda Fransa və ABŞ-dan olan mütəxəssislər dəstək göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi