Yuxarı

Brüssel metrosunda 4-cü partlayış baş verib, 55 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Şəhərin bütün metro stansiyaları bağlanıb

Bakı. 22 mart. REPORT.AZ/ Belçikanın paytaxtı Brüsselin iki metro stansiyasında ardarda iki partlayış baş verib.

"Report" xəbər verir ki, partlayışlardan biri "Malbek" stansiyasında qeydə alınıb.

RTBF telekanalının məlumatına görə, sözügedən stansiyada partlayış nəticəsində ən azı bir nəfər yaralanıb.

Digər stansiyada baş verən partlayışın təfərrüatları hələ ki, açıqlanmır.

Hər iki partlayış Brüssel hava limanında baş verən iki partlayışın ardından qeydə alınıb.

Aeroportda baş verən partlayışlar nəticəsində 11 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilir.

***13:20

"i24news" nəşrinin verdiyi məlumata görə, Brüssel metrosunda 4-cü partlayış baş verib.

***15:22

RTBF telekanalının məlumatına görə, Brüsselin "Malbek" metro stasiyasında baş verən partlayış nəticəsində yaralıların sayı 55 nəfərə çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi