KİV: Böyük Britaniyanın baş naziri "Brexit" mexanizmini martın 9-da işə salacaq

KİV: Böyük Britaniyanın baş naziri "Brexit" mexanizmini martın 9-da işə salacaq Böyük Britaniyanın Baş naziri Tereza Mey "Brexit"ə başladıqlarını Aİ-nin Maltadakı sammiti zamanı elan edə bilər
Digər ölkələr
31 Yanvar , 2017 15:00
KİV: Böyük Britaniyanın baş naziri Brexit mexanizmini martın 9-da işə salacaq

Bakı. 31 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey Lissabon müqaviləsinin 50-ci maddəsini - ölkənin Avropa İttifaqından (Aİ) çıxışının ikiillik prosedurunu bu il martın 9-da başladacaq.

"Report" xəbər verir ki, bu barədə "Times" qəzeti yazıb.

Nəşr baş nazirin əvvəlcədən "Brexit"i başladacağı tarixi açıqlamadığını, yalnız mart ayının sonunu son tarix kimi göstərdiyini yazıb.

Lakin Britaniya hökuməti dünən Lordlar Palatasına Birləşmiş Krallığın Aİ-dən çıxışı ilə bağlı qanun layihəsinin martın 7-də təsdiqlənməsini istədiyini məlumat verib.

"Times" yazıb ki, bundan sonra martın 8-də maliyyə naziri Filip Hammond büdcə məlumatı ilə çıxış edəcək, martın 9-da isə Maltada başlayacaq Aİ-nin ikigünlük sammitində T.Mey 50-ci maddənin işə salındığını elan etməyə fürsət qazanacaq.

Son xəbərlər

Orphus sistemi