KİV: Böyük Britaniya NATO ilə Rusiya arasındakı mümkün münaqişəyə hazırlaşır

KİV: Böyük Britaniya NATO ilə Rusiya arasındakı mümkün münaqişəyə hazırlaşır Bu təlimlər Böyük Britaniyanın İŞİD terror qruplaşması ilə mübarizədəki iştirakı ilə bağlı deyil
Digər ölkələr
8 Fevral , 2016 15:02
KİV: Böyük Britaniya NATO ilə Rusiya arasındakı mümkün münaqişəyə hazırlaşır

Bakı. 8 fevral. REPORT.AZ/ Böyük Britaniya "Shamal Storm" təliminin keçirilməsi məqsədilə İordaniyaya tərkibinə kəşfiyyat və logistika üzrə mütəxəssislərin də daxil olduğu 1600-dən çox hərbçi və 300 ədəd zirehli nəqliyyat vasitəsi göndərmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ölkənin hərbi qüvvələrindəki mənbəsinə istinadən "The Telegraph" məlumat yayıb.

Mənbənin məlumatına görə, bu təlimlər Böyük Britaniyanın İŞİD terror qruplaşması ilə mübarizədəki iştirakı ilə bağlı deyil.

Nəşr iddia edir ki, Britaniya ordusu təlim vasitəsilə Rusiya və NATO arasında mümkün münaqişə halında Yür kürəsinin istənilən böhran zonasına hərbi və şəxsi heyət göndərilməsinin hazırlıqlarını keçir.

Son xəbərlər

Orphus sistemi