Bakı. 3 iyul. REPORT.AZ/ Terrorçu PKK-nın Suriyadakı qolu "YPG"nin (Xalq Müdafiə Birliyi) məsulları ilə Bəşşar Əsəd hökumətinin müdafiə naziri arasında İŞİD-ə qarşı birgə mübarizəyə dair anlaşma imzalanıb. "Report"un "cnntürk"ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq şimalının lideri Məsud Barzaniyə yaxın olan "Rudaw" TV məlumat yayıb.
Xəbərdə bildirilib ki, anlaşmaya əsasən, Bəşşar Əsəd ordusu İŞİD-ə qarşı mübarizədə "YPG"yə silah-sursat və maddi-texniki dəstək verəcək.
Terrorçu "PYD" (Demokratik Birlik Partiyası) və "YPG"-dən isə məsələyə dair açıqlama yoxdur. Həmçinin "YPG"nin İŞİD-ə qarşı döyüşdə irəliləməyə başladığı və Suriyanın Haseke rayonunun bəzi məhəllələrini ələ keçirdiyi haqda xəbər yayılıb.