KİV: Bəşşar Əsəd prezident sarayını tərk edərək Rusiyanın hərbi bazasına sığınıb

KİV: Bəşşar Əsəd prezident sarayını tərk edərək Rusiyanın hərbi bazasına sığınıb Bakı. 13 aprel. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsəd ölkə paytaxtı Dəməşqdəki prezident sarayını tərk edərək, Rusiyanın hərbi hava bazasına sığınıb.
Digər ölkələr
147
13 Aprel , 2018 10:37
KİV: Bəşşar Əsəd prezident sarayını tərk edərək Rusiyanın hərbi bazasına sığınıb

Bakı. 13 aprel. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsəd ölkə paytaxtı Dəməşqdəki prezident sarayını tərk edərək, Rusiyanın hərbi hava bazasına sığınıb.

“Report” xəbər verir ki, bunu “Daily Star” yazıb.

Məlumata görə, B.Əsəd rusiyalı hərbçilərin müşaiyəti ilə Suriyanın Lazkiye rayonunun cənub-şərqində yerləşən Hmeyimdəki Rusiya hərbi hava bazasına gedib. Onun pəncərəsi olmayan bir sığınacaqda qaldığı, yanında başqa suriyalı yüksək vəzifəli şəxslərin olmadığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl B.Əsədin İrana qaçdığına dair məlumat yayılmışdı.

Son xəbərlər

Orphus sistemi