KİV: Aİ “Boeing”in qəzaya uğramasını İrana qarşı sanksiyalar üçün əsas hesab etmir

KİV: Aİ “Boeing”in qəzaya uğramasını İrana qarşı sanksiyalar üçün əsas hesab etmir Avropa İttifaqı (Aİ) İranın daha əvvəl məsuliyyəti üzərinə götürdüyü Ukrayna “Boeing”inin İranda qəzaya uğraması ilə əlaqədar rəsmi Tehrana qarşı birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etmək niyyətində deyil.
Digər ölkələr
13 Yanvar , 2020 13:14
KİV: Aİ “Boeing”in qəzaya uğramasını İrana qarşı sanksiyalar üçün əsas hesab etmir

Avropa İttifaqı (Aİ) İranın daha əvvəl məsuliyyəti üzərinə götürdüyü Ukrayna “Boeing”inin İranda qəzaya uğraması ilə əlaqədar rəsmi Tehrana qarşı birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etmək niyyətində deyil.

“Report” xəbər verinə görə, bu barədə TASS Brüsseldəki mənbəyə istinadən məlumat verib.

“Aİ bu mərhələdə Ukrayna təyyarəsinin qəzaya uğraması ilə əlaqədar İrana qarşı sanksiyaların tətbiqi üçün heç bir əsas görmür, əvvəlcə istintaqın nəticələrini əldə etmək lazımdır", - mənbə bildirib.

Ukrayna təyyarəsinin İran üzərində vurulmasının nəticələri və İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının gələcəyi yanvarın 20-də Aİ xarici işlər nazirlərinin iclasında nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi