Bakı. 14 iyun. REPORT.AZ/ Rəsmi Vaşinqton və Moskva ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putinin görüşünün təşkilini nəzərdən keçirir və Avstriya görüş üçün mümkün yerlərdən biridir.
"Report" xəbər verir ki, bu barədə TASS-a Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının (MTŞ) Avropa və Rusiya üzrə baş direktoru Riçard Huker bildirib.
"Hər iki tərəf görüşün mümkünlüyünü nəzərdən keçirir. Düşünmürəm ki, hansısa qərarlar qəbul olunub və ya detallar işlənib, sadəcə, hər iki tərəf bunu etmək üçün çalışmaq imkanını öyrənir", - o deyib.