​KİV: ABŞ vitse-prezidentliyinə potensial namizədin adı açıqlanıb

​KİV: ABŞ vitse-prezidentliyinə potensial namizədin adı açıqlanıb O, 2009-2013-cü illərdə Hillari Klinton dövlət katibi vəzifəsində işlədiyi illərdə baş komandan olub
Digər ölkələr
13 İyul , 2016 05:27
​KİV: ABŞ vitse-prezidentliyinə potensial namizədin adı açıqlanıb

Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ prezidentliyinə Demokratlar Partiyasında iddiaçı Hillari Klinton vitse- prezident postuna potensial namizəd olaraq, NATO-nun Avropadakı qüvvələrinin baş komandanı admiral Ceyms Stavridisi nəzərdə tutub.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

61 yaşlı admiral Massaçusetts ştatında Taftas Universitetinin yanında diplomatiya mətkəbinin dekanıdır. O, 2009-2013-cü illərdə Hillari Klinton dövlət katibi vəzifəsində işlədiyi illərdə baş komandan olub.

İnformasiyaya görə, Ceyms Stavridisin vitse-prezidentliyə namizədliyi iyulun 25-28-də Demokratlar Partiyasının Filadelfiyada keçiriləcək qurultayında elan ediləcək.

Son xəbərlər

Orphus sistemi