KİV: ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb

KİV: ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb Həmin silahlar və şəxsi heyət Əfqanıstana göndərilir
Digər ölkələr
5 Fevral , 2018 14:23
KİV: ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb
AP

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb.

“Report” “Associated press”ə istinadən xəbər verir ki, ABŞ üçün İraqa muzdlu hərbçi göndərən şirkətlər terror qruplaşması İŞİD-in məğlub edilməsindən sonra şəxsi heyəti və silahlarını Əfqanıstana göndərməyə başlayıb.

İnformasiyaya görə, ötən həftə çox sayda ABŞ hərbçisi İraqdan çıxarılıb.

Vaşinqton rəsmiləri və şirkət təmsilçiləri İraqdan çıxarılan hərbçilərin sayı barədə məlumat verməyiblər. Hətta rəsmilər ABŞ-ın İraqdakı qoşunlarının çıxarılması prosesinin hələ başlamadığını da vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi