KİV: ABŞ dövlət katibi federal qanunları pozmaqda günahlandırılır

KİV: ABŞ dövlət katibi federal qanunları pozmaqda günahlandırılır Səbəb Tillersonun üç ölkəni yetkinlik yaşına çatmayanları hərbi xidmətə cəlb edən dövlətlərin siyahısından çıxarmasıdır
Digər ölkələr
21 Noyabr , 2017 13:13
KİV: ABŞ dövlət katibi federal qanunları pozmaqda günahlandırılır
AP

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin bir qrup əməkdaşı dövlət katibi Reks Tillersona qarşı yetkinlik yaşına çatmayanları hərbi xidmətə cəlb edən dövlətlərlə hərbi əməkdaşlığı məhdudlaşdıran federal qanunu pozamaqla bağlı ittiham irəli sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə əlinə ABŞ-ın xarici siyasət qurumunun xidməti yazışmaları keçən "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, məmurların belə qeyri-adi reaksiyasına səbəb Tillersonun iyun ayında üç ölkəni - Əfqanıstan, İraq və Myanmanı yetkinlik yaşına çatmayanları hərbi xidmətə cəlb edən dövlətlərin siyahısından çıxarmaqla bağlı qərarı olub. 

Məlumata görə, Dövlət Departamentinin bu ölkələrdə uşaqların hərbi xidmətə cəlb edilməsi ilə bağlı açıq-aydın bəyanatlarına baxmayaraq, Tillerson belə addım atıb. Qeyd edək ki, bu cür dövlətlərin siyahısı yetkinlik yaşına çatmayanların hərbi xidmətə cəlb edilməsinin qarşısının alınması barədə qanuna uyğun olaraq, hər il tərtib edilir.

Agentliyin məlumatına görə, Tillersonun üç ölkəni siyahıdan çıxarması onlara ABŞ tərəfindən hərbi yardım göstərilməsini asanlaşdırır. 

"İraq və Əfqanıstan silahlılarla mübarizədə ABŞ-ın yaxın müttəfiqləridir, Myanma isə Çinin Cənub-Şərqi Asiyada təsir gücünə qarşı perspektivli müttəfiqdir", - agentlik hesab edir.

Son xəbərlər

Orphus sistemi