Yuxarı
    Bağlamaq

    KİV: ABŞ Dövlət Departamentində 100-dən çox vakant vəzifə boş qalıb

    Hazırda boş qalan səfir vəzifəslərinə hələ heç mümkün namizədlərin adları belə açıqlanmayıb

    Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ Dövlət Departamentində idarəçi vəzifələrinə 100-dən çox vakant yer qalıb.

    "Report" "İntefaks"a istinadən xəbər verir ki, bu barədə "Washington Times" qəzeti yazıb.

    Nəşr hazırda boş qalan səfir vəzifəslərinə hələ mümkün namizədlərin adlarının belə açıqlanmadığını qeyd edib. Dövlət Departamentinin mətbuat xidməti isə bu məlumatlara şərh verməkdən imtina edib.

    Qəzetin mənbələrindən biri əsas vəzifələrə təyinatların bir qədər vaxt apardığını bildirib. Mənbə zəngin karyeraya malik diplomatların Dövlət Departamentində hərbi-siyasi işlər idarəsi, demokratiya, insan hüquqları və əmək münasibətləri, narokotiklərə beynəlxalq nəzarət və s. bürolarda yüksək vəzifələr tutduğunu vurğulayıb. Nəşr isə mövcud rəhbərliyin Dövlət Departamentinin strukturunda dəyişikliklər etmək və bəzi yüksək vəzifələri ləğv etmək ehtimalını ortaya atıb.

    Qəzet yazıb ki, hazırda Dövlət Departamentinin birinci dərəcəli 9 rəhbər postundan 7-si vakantdır. Nəşr Dövlət Departamentinin son ənənəvi brifinqinin yanvarın 19-da baş tutduğunu xatırladaraq, jurnalistlər istədikləri məlumatları ala bilməməsini önə çəkib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi