​Kəşmirin müsəlman rayonlarında komendant saatı tətbiq olunub

​Kəşmirin müsəlman rayonlarında komendant saatı tətbiq olunub Hakimiyyət etiraz aksiyalarından ehtiyatlanır
Digər ölkələr
16 Fevral , 2016 04:21
​Kəşmirin müsəlman rayonlarında komendant saatı tətbiq olunub

Bakı. 16 fevral. REPORT.AZ/ Hindistan Kəşmir ştatının müsəlmanlar yaşayan əksər rayonlarında komendant saatı tətbiq edib. Yerli hakimiyyət fevralın 14-də polislər tərəfindən iki dinc sakinin qətlə yetirilməsindən sonra etiraz aksiyalarının keçirilə biləcəyindən ehtiyatlanır.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, biri gənc qadın olan bu iki nəfərin qətlinə Srinaqar şəhərinin cənubunda yerləşən Pulvama rayonundan reaksiya gəlib.

"Kəşmirdə olan hind qüvvələri insanlığa qarşı cinayətlər edir və əjdaha qanunlarına müvafiq olaraq onlara verilmiş əsassız səlahiyyətlər sayəsində terror törədirlər", - deyə yerli liderlərdən biri olan Mirvaiz Ömər Faruk bildirib.

Pulvame və Srinaqar şəhərinin bəzi hissələrində nəqliyyatın hərəkətini məhdudlaşdırmaq üçün yollara yüzlərlə polis və hərbi dəstələr cəlb olunub. Yerli etirazçıların liderləri ev dustağı edilib.

Son xəbərlər

Orphus sistemi