Yuxarı

Kəşmirə 12 milyard dollarlıq yardım

Hindistan lideri deyib ki, o, Kəşmirin əvvəlki şöhrətini bərpa etmək və yeni, daha güclü Kəşmir qurmaq istəyir

Bakı. 8 noyabr. REPORT.AZ/ Hindistanın Baş naziri Narendra Modi Kəşmirin Hindistanın nəzarətində olan hissəsinin iqtisadi inkişafı üçün 12 milyard dollarlıq yardım ayrıldığını elan edib. "Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Narendra Modi maliyyə yardımının ayrılacağına Srinaqara səfəri zamanı söz verib.

Hindistan lideri deyib ki, o, Kəşmirin "əvvəlki şöhrətini" bərpa etmək və "yeni, daha güclü Kəşmir" qurmaq istəyir.

Narendra Modinin Srinaqara səfəri Kəşmirdə sel nəticəsində yüzlərlə insanın həyatını itirməsi və minlərlə insanın evsiz qalmasından bir ildən artıq keçən vaxta təsadüf edir.

Modi mübahisəli regiona səfəri zamanı siyasi mövzulara toxunmaq istəməsə də müxalifət liderləri tənqidlərini bildirib.

"Kəşmirin taleyini iqtisadi yardımlar deyil, yalnız öz müqəddəratını təyin etmək dəyişdirə bilər"-deyə separatçıların lideri Ayed Əli Gilani bildirib.

Kəşmir Hindistan və Pakistan arasında bölünüb və hər iki ölkə onu öz ərazisi hesab edir.

Nüvə silahına malik iki qonşu ölkə 1947-ci ildə müstəqillik əldə etikdən sonra regionda üstünlüyə görə iki dəfə müharibə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi