Kəşmirdə yaraqlılara qarşı xüsusi əməliyyat keçirilib, 7 nəfər ölüb

Kəşmirdə yaraqlılara qarşı xüsusi əməliyyat keçirilib, 7 nəfər ölüb Ordu və polisin birgə əməliyyatı bazar günü gecə başlayıb
Digər ölkələr
12 Fevral , 2017 10:06
Kəşmirdə yaraqlılara qarşı xüsusi əməliyyat keçirilib, 7 nəfər ölüb

Bakı. 12 fevral. REPORT.AZ/ Hindistanın Cammu və Kəşmir ştatlarında aparılan xüsusi əməliyyat zamanı 4 yaraqlı öldürülüb, 3 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.

Ordu və polisin Kulqam dairəsinin yaşayış məntəqələrindən birində apardığı birgə xüsusi əməliyyat bazar günü gecə başlayıb. Yaşayış məntəqəsi mühasirəyə alınıb, daha sonra isə yaraqlıların axtarışına başlanılıb.

Silahlı toqquşma evlərdən birində gizlənmiş yaraqlıların təhlükəsizlik xidməti əməkdaşlarına atəş açması nəticəsində baş verib. Yaraqlıların bir neçəsinin hadisə yerindən qaçması səbəbindən, xüsusi əməliyyat davam etdirilir.

Son xəbərlər

Orphus sistemi