Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib

Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib Azı iki pakistanlı hərbçi həlak olub
Digər ölkələr
29 Sentyabr , 2016 11:26
Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün səhər Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki pakistanlı hərbçi həlak olub.

Hələlik Hindistan tərəfdən itki barədə məlumat yoxdur.

Pakistanın "Geo-TV" telekanalı Hindistan hərbçilərinin Pakistan ordusunun mövqelərinə səbəbsiz atəş açdığını bildirib. "Biz cavab verən kimi hindistanlıların atəş səsləri kəsildi",- deyə telekanal Pakistanın hərbi mənbələrinə istinadən məlumat verib.

Öz növbəsində, Hindistan tərəfi Pakistan ordusunun atəşkəsi pozduğunu və Cammu və Kəşmirdəki nəzarət xəttindən atəş açıldığını bildirib.

NDTV-nin verdiyi məlumata görə, Hindistan baş naziri Narendra Modi Kəşmirdəki atışma ilə bağlı hökuməti təcili iclasa çağırıb.

Son xəbərlər

Orphus sistemi