Yuxarı
    Bağlamaq

    ​Kəşmirdə atışma: 4 nəfər ölüb

    Atışmanın iki saatdan artıq davam etdiyi bildirilir

    Bakı. 28 yanvar. REPORT.AZ/ Cammu və Kəşmirdə yaraqlılarla Hindistan hərbçiləri arasında atışma nəticəsində iki yaraqlı, silahlı qüvvələrin polkovniki və ağır yaralanmış polis ölüb .

    "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, hadisə Cammu və Kəşmirin mərkəzindən 50 km cənubda Xandura kəndində baş verib.

    Atışmanın iki saatdan artıq davam etdiyi bildirilir. Məlumata görə, polis yaraqlıları mühasirəyə alarkən, baş verən atışmada yaralanıb. O, xəstəxanaya aparılıb, elə orada da ölüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi