Kəşmirdə 3 Pakistan və 5 Hindistan hərbçisi atışmada ölüb

Kəşmirdə 3 Pakistan və 5 Hindistan hərbçisi atışmada ölüb Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub.
Digər ölkələr
15 Avqust , 2019 20:55
Kəşmirdə 3 Pakistan və 5 Hindistan hərbçisi atışmada ölüb

Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub. 

"Report" TASS-a istinadən xəbər verir ki, toqquşma nəticəsində xeyli sayda yaralının olduğu və istehkamların dağıdıldığı bildirilir. 

Hindistanın ANI agentliyi öz mənbələrinə istinadən Hindistan ordusunun əsgərlərinin ölümü ilə bağlı məlumatı təkzib edib, üç Pakistan hərbçisinin həlak olduğu barədə məlumatları isə təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi