Kəskin hava şəraiti Ukraynada yol qəzalarına səbəb olub: 9 ölü, 66 yaralı

Kəskin hava şəraiti Ukraynada yol qəzalarına səbəb olub: 9 ölü, 66 yaralı Xüsusən Zakarpetye, İvanovo-Frankovsk, Lvov, Volınsk və Luqanskda yol qəzaları çoxalıb
Digər ölkələr
15 Yanvar , 2017 17:19
Kəskin hava şəraiti Ukraynada yol qəzalarına səbəb olub: 9 ölü, 66 yaralı

15 yanvar. REPORT.AZ/ Ukraynada bir neçə gündür davam edən kəskin hava şəraiti yol qəzalarına səbəb olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təkcə son 24 saat ərzində Ukraynanın ayrı-ayrı ərazilərində baş vermiş yol qəzaları nəticəsində 9 nəfər ölüb, 66 nəfər yaralanıb. Polisin məlumatında qeyd edilir ki, əlverişsiz hava şəraiti avtomobil qəzalarının çoxalmasına yol açıb.

Xüsusən Zakarpetye, İvanovo-Frankovsk, Lvov, Volınsk və Luqanskda yol qəzaları çoxalıb. Daha beş vilayətdə də yol qəzaları ilə bağlı gərginlik mövcuddur.

Son xəbərlər

Orphus sistemi