​Kerri və Lavrov Ukrayna, Suriya, İran və Yəməndəki vəziyyəti müzakirə edib

​Kerri və Lavrov Ukrayna, Suriya, İran və Yəməndəki vəziyyəti müzakirə edib ABŞ və Rusiya rəsmiləri arasında telefon danışığı olub
Digər ölkələr
16 İyun , 2015 05:06
​Kerri və Lavrov Ukrayna, Suriya, İran və Yəməndəki vəziyyəti müzakirə edib

Bakı. 16 İyun. REPORT.AZ/ Ötən gün ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

Onun sözlərinə görə, tərəflər söhbət zamanı Ukrayna, Suriya, İran və Yəmənlə bağlı vəziyyət və Arktika Şurasının fəaliyyətini müzakirə ediblər.

"Dövlət katibi Kerri XİN rəhbəri Lavrov ilə telefon söhbəti zamanı Rusiyanı kontakt qrupu və onun işçi alt qrupunun qarşıda duran üçtərəfli görüşündən Minsk razılaşmalarının yerinə yetirilməsində irəliləyişin sürətləndirilməsi üçün fürsət kimi istifadə etməyə çağırıb", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi