Kerri və Lavrov Suriya böhranını müzakirə ediblər

Kerri və Lavrov Suriya böhranını müzakirə ediblər Tərəflər Suriyada qüvvəyə minən atəşkəs rejimi mövzusunu müzakirə ediblər
Digər ölkələr
27 Fevral , 2016 21:22
Kerri və Lavrov Suriya böhranını müzakirə ediblər

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi Con Kerri telefonda Suriya böhranından çıxış yollarını müzakirə ediblər.

"Report" -un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, danışıq zamanı tərəflər Suriyada qüvvəyə minən atəşkəs rejimi mövzusunu müzakirə ediblər. Bu barədə Rusiya XİN-in mətbuat xidmətinin xəbərində deyilir.

Cenevrədə Suriya problemi üzrə danışıqların bərpası məsələsi də danışıqlar predmeti olub.

Bundan əlavə, Lavrov və Kerri BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq Şimali Koreya ilə bağlı qətnamə layihəsi mövzusuna da toxunublar.

Son xəbərlər

Orphus sistemi