Yuxarı

Kerri nüvə danışıqlarını davam etdirmək üçün daha bir gün İsveçrədə qalır

Lozannada inkişaf olsa da, siyasi anlaşma əldə edilməyib

Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri İranın nüvə proqramına dair danışıqların davam etdirilməsi məqsədilə daha bir gün İsveçrədə qalır.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Dövlət katibinin sözçüsü Meri Harf bildirib ki, Lozannada inkişaf olsa da, siyasi anlaşma əldə edilməyib.

İran və dünyanın altı qüdrətli dövlətinin nümayəndəsi sanksiyaların məhdudlaşdırılması müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan çərçivə sazişini əldə etmək məqsədilə çərşənbə günü danışıqlar keçirib.

Tərəflər özlərinin çərşənbə axşamı gününədək  qoyduqları son möhlətə qədər razılıq əldə edə bilməyib.

İranın baş müzakirəçisi Abbas Araqçı dövlət televiziyasına bildirib ki, onun başçılıq etdiyi nümayəndə heyəti razılaşmadan öncə ölkəsinə qarşı bütün beynəlxalq sanksiyaların qaldırılacağına əmin olmaq istəyir. Müzakirələrdə daha bir mürəkkəb məqam İranın nüvə sahəsində gələcək tədqiqatları ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi