​Kerri ilə Lavrov arasında görüş keçirilib

​Kerri ilə Lavrov arasında görüş keçirilib Qapalı keçirilən görüş bir saat 20 dəqiqə sürüb
Digər ölkələr
2 Mart , 2015 13:32
​Kerri ilə Lavrov arasında görüş keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Cenevrədə ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri arasında görüş keçirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Ukraynadakı vəziyyət görüşün əsas müzakirə mövzusu olub.

Şəhərin "President Wilson" hotelində qapalı keçirilən görüş bir saat 20 dəqiqə sürüb.

Məlumata görə, görüşdə Ukraynadakı vəziyyətlə yanaşı, İranın atom-nüvə məsələsi, eləcə də Suriyadakı durum müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi