Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Katibi Con Kerri və Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun növbəti görüşü dekabrın 15-də Romada planlaşdırılır.
"Report"un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib.
Onun sözlərinə görə, görüş zamanı əsasən yaxın Şərqdəki vəziyyət, Ukrayna böhranı və Suriyakı qanlı qarşıdurma kimi məsələlər müzakirə olunacaq.