Bakı. 18 İyun. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri bildirib ki, ABŞ İranla nüvə razılışması əldə etmək üçün son möhlət yaxınlaşdıqca əsas diqqəti Tehranın əvvəlki nüvə fəaliyyəti üzərində saxlamır.
"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, Kerri bildirib ki, ABŞ İranın əvvəllər nə etdiyini bilir və Tehranın nüvə silahı istehsalı və komponentlərin testi ilə bağlı şübhəli fəaliyyəti haqda tam məlumata malikdir.
“Bizim narahatlıqlarımız bundan sonra ilə bağlıdır”, - deyə Kerry vurğulayıb. “Gələcəyə doğru getdikcə bu fəaliyyətin dayandırıldığı və bizim legitim yolla buna əmin ola bilməyimiz olduqca vacibdir”,- deyə, o, əlavə edib.
Amerika Birləşmiş Ştatları və danışıqlarda onun tərəfdaşları olan Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya İranla nüvə razılaşması əldə etmək üçün iyunun 30-na qədər vaxt qoyub.