Kerri: ABŞ İŞİD-ə qarşı mübarizə aparır, Suriyada vətəndaş müharibəsinə müdaxilə etmir

Kerri: ABŞ İŞİD-ə qarşı mübarizə aparır, Suriyada vətəndaş müharibəsinə müdaxilə etmir ABŞ dövlət katibi Bişkekdə Suriya mövzusuna münasibət bildirib
Digər ölkələr
1 Noyabr , 2015 01:59
Kerri: ABŞ İŞİD-ə qarşı mübarizə aparır, Suriyada vətəndaş müharibəsinə müdaxilə etmir

Bakı. 01 noyabr. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri bəyan edib ki, prezident Barak Obamanın terrorçu İŞİD qrupunun yaraqlılarına qarşı mübarizə məqsədilə Suriyaya xüsusi təyinatlı qüvvələr göndərməsi qərarı Birləşmiş Ştatların Suriyada davam edən müharibəyə müdaxilə kimi qiymətləndirilə bilməz.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi bu açıqlamaları şənbə günü Mərkəzi Asiya ölkələrinə beş günlük səfərinin ilk dayanacağı olan Qırğızıstan paytaxtı Bişkekdə verib.

Obamanın Suriya ilə bağlı mövqeyini yüksək qiymətləndirən Kerri deyib ki, ABŞ-ın siyasəti aydındır - İŞİD qruplaşmasını məğlub etmək.

O, ABŞ-ın Suriyada bundan sonra daha fəal iştirakını istisna etməsə də, gələcəklə bağlı proqnoz verməyib.

Ağ Ev prezident Barak Obamanın İŞİD-ə qarşı döyüşən müxalif qüvvələrə kömək məqsədilə xüsusi təyinatlı qüvvələrin 50 üzvünü Suriyanın şimalına göndərmək qərarı verdiyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi