Yuxarı

Kerri: ABŞ heç vaxt Şimali Koreyanı "nüvə ölkəsi" kimi qəbul etməyəcək

Bu fikri ABŞ dövlət katibi Con Kerri səsləndirib.

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ heç vaxt Şimali Koreyanın nüvə silahına sahib olan dövlətlər siyahısına daxil olmasına müsbət yanaşmayacaq. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Con Kerri səsləndirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Şimali Koreyaya tazyiq siyasətini davam etdirəcək: "Pxenyan birmənalı şəkildə beynəlxalq öhdəliklərə əməl etməlidir. Bu baxımdan sanksiyalardan daha ciddi addımlar zəruri ola bilər".

Kerri bildirib ki Şimali Koreyanın nüvə proqramı mövzusu hazırda Rusiya və Çin daxil olmaqla bir sıra dövlətlə müzakirə edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi