Kərkükdə terror aktı törədilib, 16 nəfər ölüb

Kərkükdə terror aktı törədilib, 16 nəfər ölüb İki terrorçu-kamikadze əyalətin şimal-qərbində yerləşən elekrostansiyada özlərini partladıblar
Digər ölkələr
21 oktyabr 2016 06:23
Kərkükdə terror aktı törədilib, 16 nəfər ölüb

Bakı. 21 oktyabr. REPORT.AZ/ İraqın şimalında yerləşən Kərkük bölgəsində törədilən terror aktı nəticəsində azı 16 nəfər ölüb.

"Report" "Al-Arabiyya"ya istinadən xəbər verir ki, iki terrorçu-kamikadze əyalətin şimal-qərbində yerləşən elekrostansiyada özlərini partladıblar.

Məlumata görə, onlar əvvəlcə stansiyaya hücum etmək istəyiblər, buna nail ola bilmədiklərindən özlərini partladıblar.

BMT-nin hesabatına əsasən, bu ilin sentyabrında İraqda mindən çox insan zorakılığın qurbanı olub, 1100 nəfər isə xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi