Bakı. 25 yanvar. REPORT.AZ/ İraqın şimalında yerləşən Kərkük şəhərində avtomobil partladılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı İraqın Daxili İşlər Nazirliyi yayıb.
Hadisə məscidin yaxınlığında baş verib.
Partlayış nəticəsində ölən və xəsarət alanların olması barədə hələlik məlumat yayılmayıb.