Kərkükdə İraq Türkmən Cəbhəsinin yerli bürosuna silahlı hücum edilib

Kərkükdə İraq Türkmən Cəbhəsinin yerli bürosuna silahlı hücum edilib Bakı. 27 fevral. REPORT.AZ/ Kərkükdə naməlum şəxslər İraq Türkmən Cəbhəsinin Musalla bürosuna silah hücum ediblər.
Digər ölkələr
27 Fevral , 2018 11:42
Kərkükdə İraq Türkmən Cəbhəsinin yerli bürosuna silahlı hücum edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Kərkükdə naməlum şəxslər İraq Türkmən Cəbhəsinin Musalla bürosuna silah hücum ediblər.

“Report” “Ulusal”a istinadən xəbər verir ki, bunu Kərkük Polis İdarəsinin nümayəndəsi Əfrasiyav Kamil bildirib.

Onun sözlərinə görə, təşkilatın yerləşdiyi binaya avtomat silahlardan atəş açılıb. Hadisə nəticəsində xəsarət alanlar olmasa da binaya ziyan dəyib. Hücum edənlərin tutulması istiqamətində əməliyyat keçirilir. 

İraq Türkmən Cəbhəsinin Musalla Bürosunun rəsmi nümayəndəsi Mutasam Kasaboğlu təşkilata məxsus binalarının İraq hökuməti tərəfindən qorunmasını istədiklərinin söyləyib: “Təhlükəsizlik qüvvələri belə terror hücumlarının qarşısı alınmır. İraq polisinin terrora qarşı mübarizə qüvvələrinin bu cinayətlərin qarşısını almasını tələb edirik”.

Son xəbərlər

Orphus sistemi